Millimizin formasını geyinən futbolçu Kiprə yollana bilər

13:47 - 3 İyun 2023

Azərbaycan milli komandasının üzvü Murad Xaçayevin yeni mövsümə hansı klubda başlayacağı dəqiq bilinmir.

Sportal.az saytına verilən məlumata görə, o, son mövsümə qədər formasını geyindiyi “Sumqayıt”dan da yeni müqavilə təklifi alıb. Samir Abasov yarımmüdafiəçini yeni mövsümdə də sərəncamında görmək istəyir.

Lakin yarımmüdafiəçiyə yeganə təklif Azərbaycan klublarından deyil. Belə ki, Kiprin yüksək liqa klubu da Xaçayevi heyətinə qatmaqda israrlıdır. Artıq danışıqlara start verilib. Bu mənada, "kimyaçılar"ın Muradı komandada saxlaması asan olmayacaq. Kipr klubu ilə Xaçayevin meneceri arasında maliyyə şərtlərində razılıq əldə olunarsa, futbolçu yeni mövsümdən legioner həyatı yaşayacaq.

"Şaxtyor"un (Donetsk) yetirməsi olan Xaçayev 2018-ci ildən "Sumqayıt"ın formasını geyinir.

Xəbər xətti