"Kəpəz" yeni baş məşqçisi ilə müqavilə imzaladı

14:35 - 12 İyun 2023

"Kəpəz"in baş məşqçisi Azər Məmmədovla müqavilə imzalanıb. 

Sportal.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən mərasimdə 47 yaşlı mütəxəssis 1+1 il müqaviləyə imza atıb. Daha sonra yeni baş məşqçi ictimaiyyətə təqdim olunub.

Müqavilə imzalama və təqdimat mərasimində klub rəhbərliyi və media əməkdaşları iştirak ediblər.

Xəbər xətti