Portuqaliya millisinin qapıçısı: "Azərbaycan layiqli rəqibdir"

21:31 - 22 İyun 2023

Çimərlik üzrə Portuqaliya millisinin qapıçısı Ruben Requfe 2023-cü il Avropa Oyunları çərçivəsində komandasının A qrupunda Azərbaycan, İspaniya və Polşaya qarşı oynayacağı matçlarla bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, "ZeroZero"ya açıqlama verən portuqaliyalı qolkiper hər üç rəqibin güclü olduğuna işarə vurub:

"Güclü qrupda yer almışıq. Polşa millisi ev sahibidr və bizə problem yarada bilərlər. Evdə oynayırlar, fiziki cəhətdən güclüdürlər. İspaniya da güclü komandadır və onlar çempionluğa əsas iddialılardandır. Azərbaycan da layiqli rəqibdir".

2023-cü il Avropa Oyunlarında çimərlik futbolu matçları iyunun 27-dən iyulun 4-dək Polşanın Tarnov şəhərində keçiriləcək. Millimiz 27-də Polşa, 28-də 
Portuqaliya, 29-da isə İspaniya ilə üz-üzə gələcək. 

Xəbər xətti