De Byazi: "Albaniya azarkeşiyəm və bu komandanın Avropa çempionatına vəsiqə qazanmasını arzulayıram"

10:31 - 24 İyun 2023

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, "Panorama Sport"a danışan italiyalı mütəxəssis hansı komandaya azarkeşlik etdiyini deyib:

"Albaniya üçün darıxıram? Baxın, mən Azərbaycan millisinin baş məşqçisiyəm və təbii ki, bu komandanı hər cəhətdən təkmilləşdirməyə çalışıram. Təbii ki, Albaniya azarkeşiyəm və bu komandanın Avropa çempionatına vəsiqə qazanmasını çox arzulayıram. Amma mən Azərbaycanın məşqçisi və azarkeşiyəm".

67 yaşlı mütəxəssis 2011-2017-ci ildə Albaniya millisini çalışdırıb.

Xəbər xətti