Millimiz Avropa Oyunlarına məğlubiyyətlə başladı

10:03 - 28 İyun 2023

Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, Polşa komandasına qarşı oyun 7:2 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Millimizin heyətində Elşad Manafov və Fuad Hüseynov fərqlənib.

Komandamız turnirdə növbəti oyununu bu gün Portuqaliya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər xətti