"Kəpəz" qapıçısı ilə yeni müqavilə imzaladı

18:18 - 10 İyul 2023

2023/24 mövsümünün hazırlığını davam etdirən "Kəpəz"də yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi qapıçı Kamran İbrahimovun sözləşməsinin müddətini artırıb. 24 yaşlı qolkiper daha bir il "sarı-göylər"in şərəfini qoruyacaq.

Qeyd edək ki, Kamran İbrahimov ötən ilin yayından "Kəpəz"də çıxış edir. O, komandanın heyətində 6 Premyer Liqa matçında meydana çıxıb.

Xəbər xətti