"Real" təcrübəli futbolçusunun razılığını aldı

22:59 - 28 Aprel 2024

"Real" Luka Modriçə yeni müqavilə təklif edib. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, rəhbərlik xorvatiyalının razılığını ala bilib. 

Yaxın vaxtlarda bunun reallaşacağı gözlənilir. 38 yaşlı xorvatiyalı bu mövsüm 39 matçda meydana çıxıb, iki qol vurub və 6 asist edib.

Modriçin "Real"la müqavilə müddəti mövsümün sonunda başa çatırdı. Yeni müqaviləyə əsasən o, daha bir il "Real" üçün oynayacaq.

Luka 2012-ci ildə "Tottenhem"dən "Real"a keçib.

Xəbər xətti