"Səbail" yeni mövsüm üçün daha bir legioneri komandada saxlamaq qərarına gəlib.
Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi yayda heyətinə qatdığı Aleksandre Ramalinqomu buraxmaq niyyətində deyil. Belə ki, paytaxt təmsilçisi madaqaskarlı futbolçunun müqavilə müddətini artıracaq.
Klub yaxın günlərdə ona yeni müqavilə təklif edəcək. 31 yaşlı hücumçunun özünün də "Səbail"də qalmaq istədiyi bildirilir. Təcrübəli hücumçu mövsümün əvvəlində bu klubla bir illik müqavilə imzalamışdı.
O, karyerası ərzində “Ayaçço”, “Beziers”, Sedan” (hər ikisi Fransa), “Virton”(Belçika) klublarında oynayıb. Bombardirlər siyahısında ikinci pillədə yer alan Ramalinqomun Premyer Liqamızda mübarizə aparan bir neçə klubun transfer siyahısında olduğunu da qeyd edək.
saytlarin hazirlanmasi