Birinci Liqa oyunu "CBC Sport"da

13:36 - 13 May 2024

Azərbaycan I Liqada XXVI turun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşü “CBC Sport” telekanalında canlı yayımlanacaq.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, liderlərin qarşılaşması 16 may saat 17:00-da başlayacaq.

Qeyd edək ki, I Liqada çempionluq yolunda böyük əhəmiyyət kəsb edən matçda VAR sistemi də tətbiq olunacaq.

“Qaradağ Lökbatan” 53 xalla liderdir, “Şamaxı” 51 xalla ikinci pillədədir.

Xəbər xətti