Şahruddinin çıxış etdiyi komandada ayrılıq

12:36 - 13 May 2024

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" bəzi legionerlərlə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, artıq Nani komandanın düşərgəsini tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalının maaşı yüksək olduğu üçün rəhbərlik onun komanda qalmasına ehtiyac duymayıb.

Nani mövsümün əvvəlində "Adana Dəmirspor"la anlaşmışdı. O, 34 matçda 4 qol vurub, 3 asist etmişdi. 

Xəbər xətti