"Milan" "Çelsi" ilə mübarizəyə qoşuldu

11:34 - 12 May 2024

"Milan" "Leyptsiq"in hücumçusu Benjamin Şeşko üçün “Çelsi” ilə mübarizəyə qoşulub.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "rossonyerlər" transfer məbləği 50 milyon avro olan 20 yaşlı sloveniyalı üçün hərəkətə keçib. 

Bu mövsüm Şeşko bütün turnirlərdə 41 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Çelsi"nin də istədiyi hücumçunun seçimini hansı komandadan yana edəcəyi hələ ki, dəqiqləşməyib.

"Milan" gənc forvardın transferində israr etdiyi və Şeşkonun keçidi üçün transfer məbləği ilə yanaşı futbolçulardan birini də təklif edəcəyi gözlənilir. 

Xəbər xətti