"Qarabağ" rekordunu təkrarladı

12:18 - 13 May 2024

"Qarabağ" Misli Premyer Liqasının 2023/24 mövsümündə 91-ci qolunu vurub.

Sportal.az PFL-ə istinadən Ağdam klubu bu rəqəmə XXXIV turun “Zirə” ilə matçındakı 1:0 hesablı səfər qələbəsi ilə çatıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla da tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu mövsüm ötən çempionat olub. Ağdamlılar 2022/23 mövsümündə 91 dəfə fərqləniblər.

Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir. Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

Xəbər xətti