"Qalatasaray" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Real"da çıxış edən David Alabanı transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" mövsüm bitdikdən sonra 31 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya klubun ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, David Alaba 2021-ci ilin yayında "Bavariya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Real"a keçib. Avstriya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi