2024/2025 mövsümündən Türkiyə Superliqasında mübarizə aparacaq "Eyüpspor" heyətini gücləndirməyi planlaşdırır.
Sportal.az "Skorer"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"un üzvü Emre Akbaba ilə anlaşmaq istəyir.
Arda Turan "Qalatasaray"ın sabiq futbolçusunu sərəncamında görmək niyyətindədir.
32 yaşlı futbolçu “Kahramanmaraşspor”, “Antalyaspor”, “Alanyaspor” klublarında oynadıqdan sonra 2022-ci ildə “Adana Demirspor”a keçib.
saytlarin hazirlanmasi