"Real" Çempionlar Liqası yarımfinal mərhələsinin ilm oyunu çərçivəsində sabah "Bavariya"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki. Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. İtaliyalı mütəxəssis "Bavariya"nın güclü rəqib olduğunu bildirib:
"Bavariya" çox güclü rəqibdir. Yarımfinalda olduğumuz üçün xoşbəxtik. Bizim "Mançester Siti"ni keçəcəyimizi heç kim düşünmürdü. Məqsədimiz finala çıxmaqdır.
"Bavariya"ya hörmətlə yanaşırıq. "Arsenal"a qarşı möhtəşəm performans göstərdilər. Biz onların Çempionlar Liqasındakı matçlarına baxırıq, Bundesliqa oyunlarına yox. Bu turnirdə çox böyük təcrübələri var. Tomas Tuxel çox yaxşı baş məşqçidir. Ona hörmətim böyükdür".
Qeyd edək ki, "Bavariya" - "Real" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
saytlarin hazirlanmasi