"Barselona"dan "Atletiko"ya

14:18 - 30 Aprel 2024

"Barselona"nın forvardı Ferran Torres "Atletiko"ya keçidə yaxındır.

Sportal.az" Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi ispaniyalı forvard üçün danışıqlara start verib.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda Joao Feliksin "Barsa"ya satılacağı təqdirdə, onun əvəzinə Torresin alınmasını rəhbərlikdən istəyib.

Ferran “Valensiya”, “Mançester Siti”də oynadıqdan sonra 2022-ci ildə “Barselona”ya keçib. 24 yaşlı hücumçu 2027-ci il iyunun 30-na qədər İspaniya nəhənginə məxsusdur.

Xəbər xətti