"Qarabağ" - "Neftçi" matçının məkanı dəyişdirildi

11:27 - 30 Aprel 2024

Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında 33-cü turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Neftçi” oyununun məkanı dəyişib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, matç “Azərsun Arena”da baş tutacaq.

Qarşılaşma isə öncədən nəzərdə tutulduğu kimi mayın 4-də, saat 19:30-da keçiriləcək. 

Xəbər xətti