Azərbaycan yığması yoxlama görüşü keçirəcək

15:03 - 30 Aprel 2024

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Samir Əliyevin rəhbərlik etdiyi komanda iyunun 7-də səfərdə slovakiyalı yaşıdları ilə qarşılaşacaq.

Senec şəhərində yerləşən təlim-məşq mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xəbər xətti