Almaniyanın "Bavariya" klubu "Tottenhem"in hücumçusu Harri Keyni transfer etməkdə israrlıdır.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı forvard üçün yenidən təklif göndərib. "Bavariya" bu dəfə futbolçu üçün 120 milyon avroluq rəsmi təkliflə İngiltərə klubunun qapısını döyüb.
Şimali londonlular klubla 1 illik müqaviləsi qalan təcrübəli oyunçu üçün gələn yüksək məbləğli təklifə hələ ki, cavab verməyib.
Qeyd edək ki, Harri Keyn son mövsümdə "Tottenhem"in heyətində meydana çıxdığı 49 rəsmi matçda 32 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.