Qvardiola: "Qalmaq istəməyən futbolçuları istəmirəm"

19:38 - 4 Avqust 2023

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola adı "Barselona" ilə hallanan Bernardo Silva haqda danışıb.

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan ispan mütəxəssis komandada qalmaq istəməyən futbolçuları istəmədiyini bildirib:

"Burada qalmaq istəməyən futbolçuları istəmirəm. Qalmaq istəyən oyunçularla davam edəcəyik. Uyğun təklif gələcəyi təqdirdə, hər bir futbolçu gedə bilər. Bernardo Silvanı istəyən təyyarəyə minib idman direktorumuzla görüşə gəlməlidir".

Xəbər xətti