"Zirə"nin rəhbərliyi komandanın məşqini izlədi

10:34 - 5 Avqust 2023

“Zirə”nin Müşahidə şurasının sədri Orxan Məmmədov, klubun prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər komanda ilə görüşüblər.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Orxan Məmmədov yeni mövsümdə komandaya inandığını bildirib və onlara uğurlar arzulayıb.

Daha sonra onlar sabah Premyer Liqanın 1-ci turunda “Qarabağ”la qarşılaşacaq “qartallar”ın məşqini izləyiblər.

Xəbər xətti