"Kəpəz" - "Neftçi" matçının biletləri satışda

17:13 - 5 Avqust 2023

Avqustun 6-da Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti 3 və 10 manatdır. 3 manatlıq biletlər stadionunun birinci yarısının üstüaçıq tribunaları, çox məhdud sayda olan 10 manatlıq biletlər isə VİP tribuna üçün nəzərdə tutulub.

3 manatlıq biletlər rənglərinə uyğun olaraq iki yerə bölünür: sarı zolaqlı biletlər B (stadiona daxil olarkən sol tərəfdəki tribunalar), göy zolaqlı biletlər isə A sektoru (sağ tərəfdəki tribunalar) üçün keçərlidir.

Xəbər xətti