İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Brayton"un yarımmüdafiəçisi Moyzes Kaysedonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" ekvadorlu oyunçu üçün 133 milyon avro təzminat ödəyib. Bu İngiltərə futbolu tarixində rekorddur. 21 yaşlı orta xətt oyunçusu yeni klubu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Brayton" Moyzes Kaysedonu 2021-ci ilin fevral ayında Ekvadorun "İndependiente" klubundan transfer edib. 21 yaşlı orta xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.