"Arsenal"ın yeni transferi zədələndi: Uzun müddət oynamayacaq

21:14 - 16 Avqust 2023

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Yurrien Timber sıradan çıxıb. Premyer Liqanın ilk turunun "Nottingem Forest"lə matçında (2:1) zədələnən 22 yaşlı futbolçunun durumu ciddidir.

Niderlandlı mərkəz müdafiəçisinin sağ ayağının diz bağlarında yırtıq aşkarlanıb. Yaxın günlərdə əməliyyat olunacaq arxa xətt oyunçusu uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, "Arsenal" Yurrien Timberi yay transfer pəncərəsi zamanı "Ayaks"dan 40 milyon avro qarşılığında transfer edib.

Xəbər xətti