Mahirin rəqibi "Feyenoord"da

11:30 - 25 Avqust 2023

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" daha bir futbolçusunu satacaq.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi  Luka İvanuşeç "Feyenoord"a keçir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Transferin bu gün rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, "Dinamo" Luka İvanuşeçi 2019-cu ilin yayında "Lokomotiva"dan transfer edib. 24 yaşlı vinger komandanın heyətində meydana çıxdığı 173 rəsmi matçda 37 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti