Futbol üzrə Norveç çempionatında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde" səfərdə "Höyqesunn"un qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 37-yə yüksəldən "Molde" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının H qrupunda "Molde" ilə yanaşı "Bayer" və "Hekken"lə mübarizə aparacaq.