İngiltərənin "Nottingem Forest" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Milan"dan Divok Oricini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı forvard 2023/2024 mövsümünü "Nottingem Forest"in heyətində keçirəcək.
Qeyd edək ki, Divok Orici ötən ilin yayında "Liverpul"la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Milan"a keçmişdi. 28 yaşlı hücumçu İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.