Hakan Çalhanoğlu: "Mənim Kuntsla heç bir problemim yox idi"

15:32 - 21 Sentyabr 2023

Türkiyə milli komandasının kapitanı Hakan Çalhanoğlu "TRT Spor"a açıqlamalar verib.

Sportal.az xəbər verir ki, "İnter"də çıxış edən futbolçu yığmadan istefaya göndərilmiş Ştefan Kunts haqda tənqidi fikirlər səsləndirib. 29 yaşlı yarımmüdafiəçi alman mütəxəssisin oyun sistemindən narazılığını bildirib:

"Mənim Kuntsla heç bir problemim yox idi. Baş məşqçi çox pozitiv insan idi. Amma daha əvvəl U-21 milli komandasında çalışıb. Gənclərlə daha yaxşı ünsiyyət qura bilərsiniz, amma bu davranışlarınız bəzi futbolçular tərəfindən qəbul olunmaya bilər. Edilən bəzi açıqlamalar da var. Təcrübəli bir məşqçi bu cür açıqlamalar verə bilərdi? Bura gələn futbolçunun milli komandanın necə oynadığını bilməsi lazımdır. Bir oyun sistemi olmalıdır. Mənim mövqeyim artıq fərqlidir. İki mövsümdür ki, "6 nömrə" mövqeyində oynayıram".

Xəbər xətti