"Kəpəz"in kapitanı: "Bu komanda daha yaxşısına qadirdir"

16:52 - 22 Sentyabr 2023

"Kəpəz"in kapitanı Burğun Hüseynov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, 35 yaşlı mərkəz müdafiəçisi komandanın nəticələrinin yaxşı olmadığını bildirib:

"Çempionatda ilk oyun "Neftçi" ilə idi. Uğurlu başladıq. Son matçlar göstərir ki, nəticələrimiz yaxşı deyil. Bu komanda daha yaxşısına qadir və layiqdir. Yeni baş məşqçimiz var. Azarkeşlər arxamızda olsun, yaxşı nəticələrimiz daha çox olacaq. Çatışmayan cəhətlərimiz var. Baş məşqçi oyunları analiz edir və bunları deyir. Çatışmazlıqları azaltmağa çalışırıq. Son matçlarda fərdi səhvlər edirik. Qarşıdakı oyunlarda daha yaxşı "Kəpəz" görəcəyik".

Zədə səbəbindən Gəncə təmsilçisində debüt edə bilməyən təcrübəli arxa xətt oyunçusu artıq oynamağa hazır olduğunu deyib. O, baş məşqçidən şans gözlədiyini də əlavə edib::

"Gözlənilməz zədə aldım, lakin indi yaxşıyam. Baş məşqçi şans verəcəyi halda, komandaya kömək edə bilərəm. Komandanın içindəyən. Bir ailəyik, qazananda da, məğlub olanda da bir yerdəyik. Qarşıdakı oyunlarda meydanda olanda daha faydalı olacam".

Xəbər xətti