"Real" "Çelsi"nin müdafiəçisini icarəyə götürmək istəyir

12:34 - 29 Sentyabr 2023

“Çelsi”nin müdafiəçisi Mark Kukurelya qışda komandasını dəyişə bilər.

Sportal.az "ESPN"ə istinadən xəbər verir ki, “Real” 25 yaşlı ispaniyalını heyətinə qatmağı planlaşdırır.

Madrid təmsilçisi Kukurelyanı icarəyə götürmək planlaşdırır. Tərəflər arasında danışıqlara start verilib.

"Barselona"nın yetirməsi olan futbolçu “Eybar”, “Xetafe”, “Brayton”da oynadıqdan sonra 2022-ci ildə “Çelsi”yə keçib.

Xəbər xətti