"Atletiko" argentinalı məşqçi ilə anlaşdı

17:34 - 8 Oktyabr 2023

"Atletiko" baş məşqçi postunda dəyişiklik etməyəcək.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisini Dieqo Simeone çalışdıracaq.

İspaniya klubu argentinalını yeni müqavilə imzalamaq üçün razı salıb. Simeone 2011-ci ildən "Atletiko”ya  rəhbərlik edir.

O, İspaniyaya gələnə qədər "Rasinq", "Estudiantes", "River Pleyt", "San Lorenzo"(hamısı Argentina), "Kataniya"(İtaliya) klublarında işləyib. 

Xəbər xətti