"Atletiko"nun forvardı komandada qalacaq

12:19 - 11 Oktyabr 2023

Alvaro Morata "Atletiko"dan ayrılmayacaq.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi ispaniyalı hücumçu ilə müqavilə müddətini artırmaqla bağlı razılıq əldə edib. 

Əslində, forvard yayda komandadan ayrılmağa yaxın olub. Lakin Dieqo Simeone Moratanın "Atletiko"da qalmaq üçün razı salıb. 

2020-ci ilin yayından Madrid təmsilçisində forma geyinən Morata bu mövsüm 8 oyunda 7 qol vurub. 30 yaşlı forvardın "Atletiko" ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. 

Xəbər xətti