FIBA Basketbol üzrə Avropa Kubokunda mübarizə aparan "Sabah" bu gün növbəti oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, üçüncü turda səfərdə "Nimburk" komandası ilə üz-üzə gələcək. Çexiyanın paytaxtı Praqada keçiriləcək görüşə saat 21:30-da start veriləcək.
Qeyd edək ki, "Sabah" ilk turda Şimali Makedoniyanın "Mornar" klubunna (75:80), ikinci matçda isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) məğlub olub.