ÇL və AL-də həftənin ən yaxşı oyunçusu seçildi

19:35 - 1 Dekabr 2023

Çempionlar Liqası və Avropa Liqasında həftənin futbolçularının adı dəqiqləşib.

Sportal.az xəbər verir ki, Çiro İmmobile ÇL-in, Mixael Qreqoriç isə Avropa Liqasında həftənin oyunçusu seçilib.

33 yaşlı italiyalı turnirin qrup mərhələsinin 5-ci turunun “Seltik”lə görüşündə (2:0) əvəzetmədən meydana daxil olub dubla imza atıb. Bu ada həmçinin “Mançester Siti”dən Fil Foden, “Benfika”dan Joao Mario və “Qalatasaray”dan Hakim Ziyeç namizəd idi.

Qreqoriç isə "Frayburq"un heyətində Avropa Liqasında qrup mərhələsinin 5-ci turunda “Olimpiakos”la qarşılaşmada (5:0) het-trik edib, bir məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti