"Qarabağ"ın rəqibi baş məşqçisiz qalacaq

21:38 - 6 Dekabr 2023

Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Hekken” tezliklə baş məşqçisiz qala bilər. 

Sportal.az “Aftonbladet”ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Per-Matias Hegmo bu gün mətbuata klubu tərk etmək niyyətində olduğunu açıqlayıb. 

Norveçli mütəxəssis Yaponiyanın “Urava Red Diamonds” komandasına rəhbərlik edəcək. 

Xatırladaq ki, “Qarabağ” və “Hekken” qrupun son turunda üz-üzə gələcək. Oyun dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.
 

Xəbər xətti