"Əl-Hilal" "Barselona"nın forvardını transfer etməyi planlaşdırır

21:36 - 8 Dekabr 2023

"Barselona"nın hücumçusu Robert Levandovski komandanı tərk etməyi düşünür.

Sportal.az "Sport.es"ə istinadən xəbər verir ki, polşalı forvard Səudiyyə Ərəbistanına köçməyə hazırlaşır.

Ona ərəblərdən “Əl-Hilal” maraq göstərir. Səudiyyə Ərəbistanı forvardın transfer imkanlarını araşdırır.

Aleksandr Mitroviçlə rəqabəti artırmaq istəyən ərəblər polşalının maaşını öyrənib. "Əl-Hilal" artıq bu qış transferi reallaşdırmağı planlaşdırır.
 

Xəbər xətti