Azərbaycanda ilin ən yaxşı məşqçisi məlum oldu

11:44 - 19 Dekabr 2023

Azərbaycanda ilin məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda bu ada “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov layiq görülüb. 

Bununla bağlı tədbir keçirilib. Tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər. “Qarabağ”ın çalışdırıcısı 66 jurnalist arasında təşkil edilmiş səsvermədə 56 səs toplayıb. 

Qeyd edək ki, 51 yaşlı məşqçi 2009-cu ildən bu yana keçirilən sorğuda hər il qalib gəlib.


Xəbər xətti