"Qarabağ" rəsmisi "Tərəqqi" medalına layiq görüldü

13:45 - 20 Dekabr 2023

"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov "Tərəqqi" medalına layiq görülüb.

Sportal.az xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında imzaladığı Sərəncamla "Tərəqqi" medalı alanlar sırasında A.Əsgərov da var.

O, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif edilib.

Xəbər xətti