"Real"da ayın ən yaxşısı məlum oldu

16:59 - 28 Dekabr 2023

Madrid "Real"ının futbolçusu Brahim Dias Madrid təmsilçisində dekabrın ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsəvermədə 1-ci olub.

24 yaşlı oyunçu dekabrda bütün turnirlərdə 5 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.

Qeyd edək ki, B.Dias 2019-cu ildə "Real"a transfer olunub.

Xəbər xətti