"Real" və "Milan"ın sabiq qapıçısı karyerasını başa vurdu

17:52 - 28 Dekabr 2023

"Real"ın sabiq qapıçısı Dieqo Lopes peşəkar karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, ispan qolkiper 42 yaşında futbolla vidalaşıb. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, Dieqo Lopes karyerası ərzində "Real"la yanaşı, "Alkorkon", "Vilyarreal", "Sevilya", "Milan", "Espanyol" və "Rayo Valyekano"da çıxış edib. Təcrübəli qapıçı İspaniya milliinin heyətində bir oyunda meydana çıxıb.

Xəbər xətti