Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı

13:11 - 1 Yanvar 2024

Türkiyənin “Sivasspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Bülent Uyqun çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssislə sabah rəsmi müqavilə imzalanacaq.

Bület Uyqun 2005-2009-cu illərdə “Sivasspor”a rəhbərlik edib.

Qeyd edək ki, Sivas təmsilçisi dünən baş məşqçi Servet Çetinlə yollarını ayırıb.

Xəbər xətti