"Neftçi" hazırlığa başladı, Qara Qarayev fərdi məşq etdi

19:41 - 4 Yanvar 2024

“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.

Sportal.az xəbər verir ki, “Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər. Misli Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir.

"Ağ-qaralar"ın daha 3 üzvü Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində komandaya qoşulacaqlar.

Xəbər xətti