"Neftçi" Türkiyə klubuna qarşı

10:51 - 6 Yanvar 2024

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" yeni baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında ilk oyuna çıxacaq.

Rəqib Türkiyə I Liqa təmsilçisi "Erzurumspor" olacaq. Qarşılaşma "Gloria Sport Arena"da baş tutacaq və Bakı vaxtilə saat 18:00-da start götürəcək.

Xəbər xətti