Maldini bu klubla anlaşdı

20:38 - 10 Yanvar 2024

“Milan”ın yarımmüdafiəçisi Daniel Maldini icarə əsasında çıxış etdiyi "Empoli"dən ayrılaraq "Monza"nın futbolçusu olacaq. 

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “Milan”ın əfsanəvi müdafiəçisi Paolo Maldininin oğlu artıq “Monza” ilə anlaşıb.

Onun yanvarın 10-na tibbi müayinədən keçərək müqavilə imzalayacağı gözlənilir. Bu mövsüm 22 yaşlı futbolçu "Empoli"nin heyətində A Seriyasında 7 oyun keçirib və bu oyunda təsirli hərəkətlər edə bilməyib.

2022/2023 mövsümündə Maldini "Spetsiya”da icarə əsasında çıxış edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 3 milyon avrodur. 
 

Xəbər xətti