Azərbaycanlı gənc futbolçu Belçika klubunun maraq dairəsində

21:23 - 18 Yanvar 2024

“Sumqayıt”ın gənc yarımmüdafiəçisi Nihad Əhmədzadə Belçikaya yollana bilər.

Sportal.az “azerisport"a istinadən xəbər verir ki, Belçikanın “Vesterlo” klubu 17 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Belçikalılar Əhmədzadəni icarəyə götürməyi planlaşdırır.

“Vesterlo” ilə yanaşı, Premyer Liqanın iddialı klubları da gənc futbolçunu heyətinə qatmağı düşünür.

Xəbər xətti