"Neftçi" "Sabah"la matça 3 itki ilə çıxacaq

12:15 - 20 Yanvar 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Sabah"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu görüşə üç itki ilə hazırlaşır. Matçdan əvvəl keçirilən məşq prosesində Qara Qarayev, Reziuan Mirzov və Emil Balayevdən başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, "Sabah" - "Neftçi" qarşılaşması sabah saat 16:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Xəbər xətti