AFFA-nın millimizə cəlb etmək istədiyi qapıçı: "İmtina etmərəm"

13:47 - 21 Yanvar 2024

"Orebro"nun yetirməsi, hazırda icarə əsasında "Forvard" klubunda çıxış edən Murad Əbdürrəhmanovun Azərbaycanın U-17 yığmasına cəlb oluna biləcəyi haqda xəbər vermişdik. 

AFFA İsveçdə dünyaya gələn və bu ölkənin U-17 yığmasının toplanışına dəvət edilmiş həmyerlimizlə danışıq aparıb. Məsələ ilə bağlı Murad özü Sportal.az saytına açıqlama verib: 

"Bəli, AFFA-dan yığmışdılar, maraqlandılar. Məni yığma komandaya dəvət etmək istədilər. Qarşıdakı toplanışlarda məni dəvət edib baxmaq istəyirlər. Təbii ki, İsveç yığmasında oynayan ilk azərbaycanlı olmaq istəyərdim. Amma azərbaycanlı kimi elə Azərbaycan yığmasında oynamaqdan imtina etmərəm. Gələcəkdə hadisələrin necə cərəyan edəcəyini görəcəyik".

Mirbağırağa

Mirbağırağa
 

Xəbər xətti