UEFA "Qarabağ"a ödəniş etdi

18:18 - 23 Yanvar 2024

UEFA "Qarabağ"a ödəniş edib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, UEFA Avropa Liqasının 2023/24-cü illər mövsümünün qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar UEFA tərəfindən ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb:

- 840,000 (səkkiz yüz qırx min) avro – UEFA Avropa Liqasının qrup mərhələsinin son iki oyununda əldə etdiyi qələbə (630.000) və bir heç-heçəyə (210.000) görə
 
- 550,000 (beş yüz əlli min) avro – UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandığı üçün
 
- 126,000 (yüz iyirmi altı min) avro – performans bonusu
 
Cəmi: 1.516.000 (bir milyon beş yüz on altı min) avro

Xəbər xətti