"Qəbələ" ilə oyundan öncə "Neftçi"nin qapıçısı zədələndi

16:50 - 28 Yanvar 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 20-ci turunda öz meydanında "Qəbələ"ni qəbul edir.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, paytaxt təmsilçisinin qapıçısı İvan Brkiç matçda iştirak etməyəcək.

Xorvatiyalı qolkiper oyundan əvvəl baş tutan məşqdə əzələsini dartıb.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" qarşılaşması bu gün saat 17:30-da "Neftçi Arena"da baş tutacaq.

Xəbər xətti