"Çelsi" Benzemanı transfer etmək istəmədi

19:39 - 29 Yanvar 2024

"Əl-İttihad"ın hücumçusu Kərim Benzemanın "Çelsi"yə keçidi baş tutmayacaq.

Sportal.az xəbər verir ki, London təmsilçisi fransalı forvardı transfer etmək istəməyib. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

"Çelsi" Benzemanın yaşının və maaşının çox olması səbəbindən onu heyətinə qatmaqdan imtina edib.

Qeyd edək ki, Kərim Benzema mövsümün əvvəlində azad agent statusu ilə "Əl-İttihad"a keçib. 36 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti